Reproduktiv saqlamlıq və ailə planlaşdırılması mövzusunda görüşlər keçirilib

30 oktyabr 2026 16:22

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ekspertlərinin iştirakı ilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusuna həsr olunmuş görüşlər təşkil edilib.

Tədbirlər 26–27 oktyabr 2026-cı il tarixlərində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 27 oktyabr tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 29–30 oktyabr tarixlərində isə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və  baş məsləhətçisi Rafiq Mahmudov sağlam nəslin formalaşması və ailə sağlamlığının qorunması istiqamətində ölkədə görülən tədbirlər barədə danışıblar. İSİM-in həkim-metodistləri Zümrüd Kazımova və Teymur Ağazadə reproduktiv sağlamlığa təsir edən amillər və fərdi gigiyena qaydaları haqqında ətraflı məlumat təqdim ediblər.

Görüşlərin sonunda tələbələrin sualları cavablandırılıb. Ümumilikdə tədbirlərdən 900 nəfər yararlanıb.