Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçiriləcək COP29-la bağlı ictimaiyyətin diqqətinin ekoloji məsələlərə yönəldilməsi məqsədilə 23 sentyabr - 01 oktyabr 2024-cü il tarixlərində bölgələrdə təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışaraq, gənc nəsildə ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıblar.
Tədbirlər zamanı şagirdlər yarpaqlardan herbarilər hazırlayıb, iməcilik edib, həyat bilgisi və biologiya fənn müəllimlərinin iştirakı ilə yaşıllıqların qorunmasının vacibliyi barədə müzakirələr aparıb, oyunlar oynayıblar.