Regionlarda “Valideyn bacarıqları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

20 fevral 2024 12:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə 26 fevral – 01 mart 2024-cü il tarixlərdə uşaqlarla münasibətdə davranış qaydalarının formalaşdırılması məqsədilə “Valideyn bacarıqları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə UADM-lərin, aidiyyəti qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil işçiəri, psixoloqlar və valideynlər iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsindən, valideynin övlad üzərindəki məsuliyyətindən, uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolundan, düzgün qurulmuş ailə münasibətlərinin uşaqlara təsirindən, ailədaxili ünsiyyətin vacibliyindən danışıblar. Qeyd edilib ki, valideyn övladının dostu olmalıdır, valideyn onun maraqları ilə yaxından tanış olmağa, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır, əgər belə olarsa, uşaqlar qarşılaşdıqları problemlərin həllində valideynlərdən vaxtında məsləhət və kömək istəyərlər.

Ekspertlərin mövzu ilə əlaqəli təqdimatlar əsasında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb, valideynlər öz təcrübələrini bölüşüblər. Tədbirlərdə valideyn-övlad münasibətlərindən bəhs edən sosial çarxlar nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.