Regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər keçirilib

14 iyun 2024 11:23

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Göygöl, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən asudə vaxtın səmərəli təşkili, yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə tədbirlər keçirilib.

Tədbirlərdə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, Mərkəzlərin ekspert qruplarının üzvləri, təhsildə fərqlənən məktəblilər, fəal gənclər, yazarlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər asudə vaxtın səmərəli şəkildə təşkil edilməsinin əhəmiyyətindən danışıb, ölkədə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən bəhs ediblər.

Eyni zamanda asudə vaxtdan səmərəli istifadə edilməməsinin müxtəlif mənfi fəsadlara gətirib çıxara biləcəyi haqqında fikirlər səsləndirən natiqlər, gənclərin zərərli vərdişlərə qoşulmaması, sağlam həyat tərzinə cəlb edilməsi üçün onlarla birlikdə ekoloji layihələr, o cümlədən rayonlarda, kənd və qəsəbələrdə abadlıq, iməcilik işləri həyata keçirmək, idman yarışları təşkil etmək, mütaliəyə maraqlarını artıran layihələr keçirmək, muzeylərə, sərgilərə, tarixi yerlərə ekskursiyaların təşkil edilməsi kimi təkliflər səsləndirilib.