Regionlarda təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 19-23 may 2025-ci il tarixlərində təhsil müəssiələrində mərkəzlərin əməkdaşları, ekspert-həkimlər, müəllimlər və şagirdlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində yeniyetmələr arasında (qızlar, oğlanlar) təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması məqsədilə maarifləndirici seminarlar keçirilib.
Tədbirlərdə çıxış edən ekspertlər iştirakçılara reproduktiv sağlamlıq, sanitar-gigiyenik qaydaları, eləcə də zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat veriblər. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialı paylanılıb, video material nümayiş etdirilib.