Regionlarda sağlamlıq və ailə planlaması mövzusunda maarifləndirici görüşlər keçirilib

12 iyul 2024 10:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11  Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi  maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır.

Mütəxəssislərin iştirakı ilə baş tutan görüşlərdə mövzu ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, reproduktiv sağlamlığın əsası uşaq və yeniyetməlik dövründə qoyulmalıdır. Reproduktiv sağlamlıq səviyyəsi insanın həyat tərzinə, ailədaxili münasibətlərinə, eləcə də əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Həmçinin sağlam həyat tərzinin erkən yaşdan təşviq edilməsinin, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin, müntəzəm surətdə tibbi müayinədən keçməyin  əhəmiyyəti də vurğulanıb.

Görüşlərdə iştirakçılara mövzuya dair maarifləndirici materiallar da paylanılıb.