Regionlarda sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici görüşlər keçirilib

6 aprel 2024 14:31

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Sabirabad, Şüvəlan, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər arasında reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə tərəfdaş qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, həkimlər, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, müəllimlər, şagirdlər, tələbələr və valideynlər iştirak ediblər.

Ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzi, sanitariya-gigiyena qaydaları, zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, erkən nikahların fəsadları, nikahdan əvvəl tibbi müayinə, qeyri-infeksion xəstəliklərin profilaktikası barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müxtəlif marifləndirmə materialları paylanılıb.