Regionlarda sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici görüşlər keçirilib

14 fevral 2025 14:49

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 10-14 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində yeniyetmə və gənclər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə mərkəzlərin və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, təhsil və tibb işçiləri, Uşaq Səfirlər Məclisinin üzvləri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzinin qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq tövsiyə edilib.

Görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.