Regionlarda növbəti “açıq qapı” günü keçirilib

3 mart 2025 16:36

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 27 fevral 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib.

Bakı şəhəri Xəzər rayonunun Şağan, Ağdam rayonunun Üçoğlan, Goranboy rayonunun Qaradağlı, Hacıqabul rayonunun Qızılburun, Qəbələ rayonunun Xırxatala, Saatlı rayonunun Qara Nuru, Sabirabad rayonunun Cavad, Zaqatala rayonunun Yuxarı Çardaxlar, Zərdab rayonunun Məmmədqasımlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, qəyyumluq, müalicə, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluq proqramı, məişət şəraitinin yaxşılaşdırılması, əlil arabası və məktəbli ləvazimatları ilə təmin olunmaqla bağlı müraciətlər yer alıb.

Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

“Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.