Regionlarda narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilib

11 aprel 2025 14:19

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 aprel 2025-ci il tarixlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, müəllim, şagird, tələbə və valideynlərin iştirakı ilə narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edən ekspertlər narkomaniyanın fəsadlarından danşıblar. Qeyd edilib ki, narkotik və psixotrop maddələr orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola və asılılıq yarada bilən maddələrdir.Narkotik vasitələr beyin funksiyalarına və bütün orqanizmə təsir edir, tədricən bütün orqanlara qalıcı ziyan vurur, zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, təhsil, ictimai və peşə həyatına mənfi təsir göstərir. Məktəblilərə sağlam həyat tərzi sürmək, bilik və bacarıqlarını inkişaf etdirmək, valideynlərə övladlarını təhlükəsiz mühitdə və sağlam psixoloji ruhda böyütmək üçün onlarla etibarlı dostluq münasibətləri qurmaq, problem və qayğıları ilə yaxından maraqlanmaq tövsiyə edilib.

Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat, video material nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialı paylanılıb.