Regionlarda məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb

8 iyul 2024 15:12

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 5 region üzrə 40 rayonda (Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Bərdə ,Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd,Tərtər,Şamaxı, İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Zərdab, Gədəbəy,Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Şəmkir, Qubadlı, Şuşa, Zəngilan, Abşeron, Xızı, Siyəzən, Laçın, Sumqayıt) respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün keçirilən məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlərə yekun vurulub.

Sumqayıt şəhərində keçirilən yekun tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, baş vermiş zorakılıq halları ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırmış, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacıbliyini vurğulamışdır. Komitə əməkdaşları Vəfa Ələkbərova , Rahil Süleymanzadə və İradə Məmmədova tərəfindən aparılan təlimlər zamanı müvafiq mövzuda təqdimatlarla yanaşı, həm də Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili aparılıb, nöqsanların aradan qaldırılması kimi məsələlər müzakirə edilib. 

185 nəfərin iştirak etdiyi təlimlərin keçirilməsində məqsəd iştirakçıları “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etməklə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, zorakılıqla mübarizə sahəsində profilaktik işin görülməsi olub. Sonda təlim iştirakçılarına “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanılıb.