Regionlarda maarifləndirmə tədbirləri keçirilib

21 iyun 2024 11:15

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi və erkən evliliklərdə bu halların qarşısının alınması istiqamətində maarifləndirici görüşlər keçirilib.

Kənd və qəsəbələrdə keçirilən maarifləndirmə tədbirlərində mərkəzlərin, rayon idarə, müəssisə və təşkilatların, kənd icra nümayəndəliyinin və bələdiyyələrin əməkdaşları, tibb  işçiləri, ziyalılar, din xadimləri, mərkəzlərin ekspertləri və icmalardan olan sakinlər, o cümlədən ağsaqqal və ağbirçəklər iştirak ediblər.  

Ekspertlər tərəfindən uşaq evliliklərinin qarşısının alınması üçün mövcud vəziyyət təhlil edilib, tibb müəssisələrindən kənarda baş verən doğuşların fəsadlarından və erkən nikah hallarının, qızların təhsildən yayındırılmasının qarşısının alınması istiqamətində valideynlərlə mütəmadi olaraq maarifləndirici işlərin aparılması ilə bağlı təkliflər dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.