Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə erkən nikah və qohumlar arasında nikahların qarşısının alınması, eləcə də uşaqların, qadınların, erkən və məcburi nikahda olan qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması istiqamətində silsilə maarifləndirici tədbirlər həyata keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mərkəzlərin ekspert qrupları, yerli icra hakimiyyətləri, rayon polis şöbələri, təhsil sektorları, bələdiyyələr və Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin, valideyn və psixoloqların iştirakı ilə keçirilən tədbirlərdə müvafiq sahədə mövcud qanunvericilik aktları, qohum evliliyi və erkən nikahın fəsadları barədə ətraflı məlumat verilib.
Böyük maraq və müzakirələrlə keçən tədbirlərin sonunda iştirakçılar tərəfindən mövcud problemlərin həlli istiqamətində səmərəliliyin artırılması ilə bağlı təkliflər səsləndirilib, belə görüşlərin daha çox keçirilməsinin vacibliyi vurğulanıb.