Regionlarda maarifləndirici tədbirlər keçirilib

2 may 2025 15:35

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 28 aprel - 01 may 2025-ci il tarixlərində mərkəzlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun regional filialları, gənclərlə işləyən idarələrin əməkdaşları, tələbələr, mərkəzlərin ekspert qruplarının üzvləri və icma sakinlərinin iştirakı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi məqsədilə maarifləndirici seminarlar keçirilib. 

Seminarlarda çıxış edənlər işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən, mövcud qanunvericilik bazası, regionlarda olan iş imkanlarıbarədə danışıblar. İştirakçılaraCV yazmaq, informasiya texnologiyalarından istifadə etmək və iş axtarmaq qaydaları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.