Regionlarda erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 30 iyun - 4 iyul 2025-ci il tarixlərində rayon mərkəzləri, kənd və qəsəbələrdə mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələrinin əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, psixoloqlar, mərkəzlərin ekspert qrupunun üzvləri, icma sakinlərinin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə məlumat veriblər. Müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklərin cari ilin 1 iyul tarixindən qüvvəyə mindiyini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirlərdə həmçinin erkən evlilik və qohum evliliklərin zərərlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.