Regionlarda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ağbirçəklər, mərkəzlərin ekspert qrupunun üzvləri, bələdiyyələrə yeni seçilmiş qadınlar, təhsildə fərqlənən, olimpiada və müsabiqələrin qalibi olan qızlar, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda görüşlər keçirilib.
Çıxışlar zamanı ölkəmizdə ailə institutunun, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında, milli ideallara sadiq gənc nəslin yetişdirilməsində qadınlarımızın fədakar rolundan danışılıb.
Həmçinin Azərbaycan qadınlarının müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımlar atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqları da xüsusi qeyd edilib.
Tədbirlərdə mövzu ətrafında müzakirələr aparılıb, video-çarx nümayiş etdirilib.