“Qlobal dəyişikliklərin ailələrə, fərdlərə və cəmiyyətə təsirləri” adlı yüksək səviyyəli paneldə çıxış edib

Paylaş:
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İstanbul şəhərində keçirilən Beynəlxalq Ailə Forumu çərçivəsində baş tutan “Qlobal dəyişikliklərin ailələrə, fərdlərə və cəmiyyətə təsirləri” adlı yüksək səviyyəli paneldə çıxış edib.
Qlobal dəyişikliklərin ailənin sosial-mədəni, iqtisadi və reproduktiv funksiyalarına müsbət və mənfi təsirləri barədə çıxış edən C.Rəhmətullayeva, eyni zamanda buna səbəb olan demoqrafik dəyişikliklər, iqlim dəyişiklikləri və urbanizasiyanın təsirlərindən danışıb.
O, bu təsirləri araşdıran milli və beynəlxalq tədqiqatların nəticələri barədə məlumatları bölüşüb.
Aparat rəhbəri qloballaşma dövründə ailə institutunun möhkəmləndirilməsi istiqamətində vacib addımların atılmasının önəmini qeyd edib.
Komitə rəsmisi çıxışının sonunda ailə ənənələrinin qorunub saxlanması, gələcək nəsillər arasında sağlam münasibətlərin formalaşdırılması və ənənəvi ailə dəyərlərinin qorunması üçün birgə səylərin vacibliyini vurğulayıb.