Qızlar məktəbinin yaranmasından 123 il ötür

7 oktyabr 2024 16:43

Paylaş:

7 oktyabr 1901-ci il tarixində böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı.

Qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq.