Qazax Ailə Mərkəzində psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qazax Ailə Mərkəzində psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edir.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 31 avqust 2026-cı il tarixinə qədər region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir.
Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru
(+99412) 493-79-62
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi