Psixoloqların ailələrlə iş üzrə bilik və peşəkarlığının artırılması istiqamətində təlimlərə start verilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 17 noyabr 2025-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu və “Azərbaycan Respublikasında sosial-xidmətin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində təlimlərə start verilib.
Təlimin ilk günü Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Xüsusi Dünya Psixoloji Ailə Məsləhət Mərkəzinin (“Özel Dünya Psikoloji Aile Danışmanlık Merkezi”) klinik psixoloqu Eylem Atlas tərəfindən “Ailədə ər-arvad arasında və ailədaxilində mövcud ünsiyyət problemlərinin həlli yolları” istiqamətində maarifləndirici məlumat verilib, mövzuya uyğun təqdimat göstərilib.
3 günlük təlim müddətində Türk Qızılay Akademiyasının (“Türk Kızılay Akademi”) Təhsilin planlaşdırılması və həyata keçirilməsi üzrə mütəxəssisi Nurgül Poyraz və Təlim proqramlarının və təlimçilərin hazırlanması üzrə mütəxəssis Serpil Uygun Çiçek tərəfindən iştirakçılara peşəkar təlimçilik bacarıqları istiqamətində məlumatlar veriləcək.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, səhiyyə və təhsil müəssisələrinin, özəl müəssisələrin və qeyri-hökumət təşkilatlarından 30 nəfər mütəxəssisin iştirakı ilə keçirilən təlimlər 21 noyabr tarixinə qədər davam edəcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi