Psixoloji yardıma əlçatanlığın təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 aprel–1 may 2026-cı il tarixlərində sosial cəhətdən həssas qruplardan olan qadın və qızların psixoloji yardıma əlçatanlığının təmin edilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
İnteraktiv formatda keçirilən tədbirlərdə mərkəzlərin əməkdaşları, dövlət və özəl müəssisələrdə fəaliyyət göstərən psixoloqlar iştirak ediblər.
Tədbirlər zamanı “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin ölkədə sosial cəhətdən həssas qruplardan olan qadınların psixoloji yardıma əlçatanlığının artırılması istiqamətində həyata keçirilən işlərdən bəhs olunub.
İştirakçılarla bu sahədə mövcud çətinliklər və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, praktiki məşğələlər təşkil olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi