Peşə təhsili müəssisələrinin tələbələri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Peşə Liseylərinin tələbələri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb.
Sumqayıt Şəhəri, Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, bu sahədə gənclərin məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb.
TəlimlərdəKomitə əməkdaşları Vəfa Ələkbərova, Rahil Süleymanzadə və İradə Məmmədovatərəfindən “Azərbaycanda məişət zorakılığı və onun qarşısının alınması sahəsində görülən tədbirlər”lə bağlı təqdimatlar edilib, “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanılıb, mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, daha öncə Kürdəmir, Bərdə, Şamaxı, Gədəbəy rayonlarında da keçirilən təlimlərin məqsədi tələbələrin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılması olub. Təlimlərdə ümumilikdə 950 nəfər tələbə iştirak edib.