Paytaxtda və bölgələrdə 15 may “Beynəlxalq Ailə Günü” ilə bağlı silsilə tədbirlər keçirilib

16 may 2024 12:52

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyəsi ilə 15 may “Beynəlxalq Ailə Günü” bu il regionlarda da təntənə ilə qeyd edilib. Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Bərdə, Cəlilabad, Füzuli, İmişli, İsmayıllı, Lerik, Masallı, Quba, Qusar, Qubadlı, Şamaxı, Şuşa, Tərtər, Tovuz, Ucar, Hacıqabul, Xocalı, Xocavənd, Zaqatala, Zəngilan, Zərdab, Şəmkir, Samux rayonlarında, eyni zamanda Bakı şəhərinin Nizami və Qaradağ rayonlarında tədbirlər təşkil olunub.

Keçirilən seminar, maarifləndirici görüş və tədbirlərdə uşaq və yeniyetmələr, ailələr, ziyalılar iştirak ediblər. Həmçinin 15 may ərəfəsində yerli icra hakimiyyətləri tərəfindən nümunəvi ailələrə səfərlər, eləcə də gənc ailələrlə uzunömürlü ailələrin görüşləri təşkil edilib.