Növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 25 iyul 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Ağdam rayonunun İkinci Dördyol, Saatlı rayonunun Əlisoltanlı, Sabirabad rayonunun Qəzli, Hacıqabul rayonunun Atbulaq, Goranboy rayonunun Gürzalılar, Göygöl rayonunun Köşkü, Zərdab rayonunun Alıbəyli, İsmayıllı rayonunun Talıstan, Zaqatala rayonunun Mazıx kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.
“Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, qohum nikahları ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.
“Açıq qapı” günündə ümumilikdə 87 nəfər vətəndaşınmüraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.