Növbəti “açıq qapı” günü keçirilib

28 iyun 2024 14:34

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 27 iyun 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Binə, Ağdam rayonunun Zəngişalı və Mahrızlı, Saatlı rayonunun Əbilkənd, Sabirabad rayonunun Qalağayın, Hacıqabul rayonunun Qubalıbaloğlan, Goranboy rayonunun Rəhimli, Göygöl rayonunun Topalhəsənli, Zərdab rayonunun Yarməmmədbağı, İsmayıllı rayonunun Təzəkənd, Zaqatala rayonunun Aşağı Tala kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.

“Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

“Açıq qapı” günündə ümumilikdə 102 nəfər vətəndaşınmüraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.