Növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
24 aprel 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
Bakı şəhəri Xəzər rayonunun Şağan, Zərdab rayonunun Gəlmə, Zaqatala rayonunun Kebelobad, Saatlı rayonunun Sımada, Qəbələ rayonunun Aydınqışlaq, İsmayıllı rayonunun Mican, Hacıqabul rayonunun Muğan, Goranboy rayonunun Şəfəq, Ağdam rayonunun Yeni Quzanlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı”da mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı ümumilikdə 110 müraciət dinlənilib və onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.