Monitorinq və əlaqələndirmə qrupunun cari il üzrə sonuncu iclası keçirilib

16 dekabr 2025 10:22

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış monitorinq və əlaqələndirmə qrupunun cari il üzrə sonuncu iclası keçirilib.
Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın sədrliyi ilə baş tutan iclas zamanı ölkədə məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində görülmüş işlər, İsveç Krallığında keçirilən təcrübə səfəri çərçivəsində əldə olunan müsbət təcrübənin milli qanunvericiliyə tətbiqi imkanları, eləcə də monitorinq və əlaqələndirmə qrupunun Tədbirlər Planının icrası ilə bağlı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.
İclasda monitorinq və əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri qonaq qismində iştirak edib.