Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2023-cü il üzrə məlumat dinlənilib

24 may 2024 15:27

Paylaş:

24 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2023-cü il üzrə məlumatla çıxış edib.

Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:

1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;

2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;

3. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.

Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

 

Hesabat: https://family.gov.az/storage/publications/May2024/zjdFDQgIxtivogMjRtje.pdf

Çıxış: https://family.gov.az/storage/publications/May2024/dCsXKAfZ3DLNeO5GKhTf.pdf

Təqdimat: https://family.gov.az/storage/publications/May2024/UcYDHhc8Nwd0bhyYZPEn.pdf