Mərakeş krallığında keçirilən Beynəlxalq Konfransın iştirakçıları Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət ediblər
Paylaş:
Mərakeş krallığında keçirilən “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda keçirilən I Beynəlxalq Konfransının iştirakçıları İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət ediblər.
İştirakçılara verilən məlumatda görə, burada muzeylə yanaşlı islam mədəni irsi nümunələrindən ibarət sərgi də fəaliyyət göstərir. Sərgi və muzey üç əsas hissədən ibarətdir. Birinci hissədə Məhəmməd peyğəmbərin həyatı ilə bağlı eksponatları yer alıb. Burada müxtəlif nadir artefaktlar, nəşrlər, hədiyyələr sərgilənir.
Məhəmməd peyğəmbərin dövründə olduğu kimi Kəbə, Məkkə əl-Mükərrəm və Mədinə əl-Münəvərranın maketləri də nümayiş etdirilir.
Muzeyin ikinci hissəsində Məhəmməd peyğəmbərin yaşadığı ev və gündəlik həyatı tarixdə ilk dəfə olaraq 3D təsvir və virtual reallıqdan istifadə olunmaqla nümayiş olunur.
Üçüncü hissədə isə “Mərakeşlilərin məhəbbət və sədaqət rəmzi olan Peyğəmbəri-Əkrəmə bağlılıq sərgisi”dir. Bu sərgidə tarixi əlyazmalar, nadir rəsmlər və sikkələr, Mərakeş memarlığının maketləri, bəzək və yazılar, ənənəvi alətlərdən ibarət xəzinələr sərgilənir.
Sonda iştirakçılar muzey və sərgi ilə bağlı öz təssüratlarını bölüşüblər.