“Mənim hüquqlarım” təşviqat avtobusu Tovuzda

30 iyul 2024 12:09

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Tovuz rayonuna təşkil olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağbulaq, Çatax, Böyük Qışlaq, Çeşməli və Qəribli kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları” və “Uşaq inkişafı” mövzularında təlimlər keçirilib.

Təlimlər zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli və Uşaq Səfirlər Məclisinin nümayəndələri Mətləb Orucov, Ayan Əhmədova, Musab Məmmədli və Fatimə Fətəliyeva tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb.

Təlimlərin sonunda uşaqlara hüquqlarla bağlı maarifləndirici çap materialları və müxtəlif mövzularda yapışqanlı stikerlər paylanılıb, həmçinin bədii kitablar hədiyyə olunub.

Qeyd edək ki, növbəti səfər Qax rayonuna olacaq.