“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Astara rayonuna təşkil olunub

Paylaş:
Dövlət Komitəsinin təşəbbüsü ilə regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və öz maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Astara rayonuna təşkil olunub.
2-4 iyul 2025-ci il tarixlərində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Ojakəran, Səncərədi, Şuvaş, Kakalos və Siyətük kəndlərində ümumilikdə 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, ”Liderlik bacarıqları”, eyni zamanda “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et” adlı maarifləndirici əlfəcinlər, həmçinin bədii kitablar hədiyyə edilib.