Məktəb psixoloqlarının iştirakı ilə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda növbəti seminarlar keçirilib.
23 oktyabr 2026-cı il tarixdə baş tutan seminarda Nizami və Suraxanı rayonu ərazisində yerləşən məktəblərin psixoloqları, 27 oktyabr 2026-cı il tarixdə keçirilən seminarda isə Binəqədi və Qaradağ rayonu ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib.
Keçirilən seminarların məqsədi məktəb psixoloqları tərəfindən məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi