“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub
Paylaş:
28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib.
İclasın sonunda MƏQ-in fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub.
Media nümayəndələrinin “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti və əhəmiyyəti, eləcə də əsas fəaliyyət istiqamətləri barədə sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi