“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqlarına seminar keçirilib.
Paylaş:
13 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 200 saylı tam orta məktəbdə Bakı şəhəri Nərimanov, Nəsimi və Səbail rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi və belə halların qarşısının alınmasına dair seminar keçirilib.
TədbirdəDövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İradə Muradova açılış nitqi ilə çıxış edərək mövzunun aktuallığından danışıblar.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Səfərova məktəb psixoloqlarına məişət zorakılığı hallarının vaxtında aşkar edilməsi və operativ müdaxilə ilə bağlı məktəb psixoloqlarına tövsiyələr verib.
Seminarda Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının
Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi” barədə, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqları Nərmin Abbasova və Aysel Novruzova “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” və “Məktəbdə görünməyən travmalar: məktəb psixoloqunun rolu və müdaxilə imkanları” ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda BŞTİ-nin əməkdaşı, 200 saylı tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Hətəmov iştirakçılara təşəkkür edib və belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminar sual-cavab sessiyası ilə davam etdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi