“Məişət zorakılığına “Yox!” deyək!” mövzusunda maarifləndirici təlim keçirilib

6 may 2026 15:05

Paylaş:

5 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məişət zorakılığına “Yox!” deyək!” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və “Ailəm könüllüləri” proqramının üzvü Aylin Hacıyeva tərəfindən aparılıb.

Təlim zamanı gənclər arasında sağlam ailə dəyərlərinin təbliği və zorakılığın qarşısının alınması istiqamətində mühüm məsələlərə toxunulub. Vurğulanıb ki, məişət zorakılığı yalnız ailədaxili məsələ deyil, cəmiyyətin ümumi təhlükəsizliyinə təsir edən sosial bir problemdir.

İnteraktiv formatda davam edən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.