Məhkum qadınlarla görüş keçirilib

10 iyun 2024 17:49

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə 7 may 2024-cü il tarixində Komitə əməkdaşlarının 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüşü keçirilib. Görüş zamanı 18 məhkum qadının müraciətləri dinlənilib.

Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının problemləri, özlərinin və ailələrinin sosial vəziyyəti, ailələri ilə əlaqələri kəsilmiş qadınların doğmaları ilə ünsiyyət saxlamaları, vəkil ilə təmin olunma və digər məsələlər yer alıb.

Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.