“Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusu müzakirə edilib
Paylaş:
BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin QST üzrə siyasi müşaviri Nərgiz Əzizovanın moderatorluğu ilə keçirilən paneldə Türkiyə Böyük Millətlər Məclisi Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan, Braziliya Universitetinin professoru, Jao Pessoa şəhərinin meri Leyla Bijos, “Diploria Netherlands”ın direktoru dr. Alis Boman-Dentener, “We Need to Talk Association”un rəhbəri, DİM üzrə fəal İlayda Eskitaşçıoğlu, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü dr. Elgün Səfərov, Səfir, Gabon Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Rakel Annik Oqula Akiko, UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat mövzu ətrafında çıxışlar ediblər.
Müzakirələr zamanı qeyd edilib ki, belə beynəlxalq görüşlər fikir və təcrübə mübadiləsində olduqca mühüm rol oynayır.
Həmçinin qadın və kişi bərabərliyinin təmin olunması istiqamətində böyük addımlar atıldığını, gender bərabərliyinin təmin olunmasında təkcə parlamentlərin deyil, bütün dövlət orqanları və cəmiyyətin birgə mübarizə aparmalı olduğu kimi diqqətə çatdırılıb.
Çıxışlar zamanı məruzəçilər ölkələrində gender bərabərliyinin təmin olunması, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, həmçinin təbii resurslara çıxışının təmin olunması istiqamətində öz təcrübələrini bölüşüblər.
UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat bütün məruzələri icmal edərək, hər bir çıxışın açar sözlərini qeyd edib və əlavə edib ki, artıq qadınlar təşkilatlandır və mədəniyyətlərarası dialoqlarda təsir etmək imkanına malikdirlər.
Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.