Maliyyə savadlılığı, ailə büdcəsinin idarə olunması, biznes bacarıqlarının artırılması və sahibkarlıq fəaliyyəti” mövzusunda təlimlər keçirilib
Paylaş:
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda “Maliyyə savadlılığı, ailə büdcəsinin idarə olunması, biznes bacarıqlarının artırılması və sahibkarlıq fəaliyyəti” mövzularında təlimlər keçirilib.
Kəlbəcər, Qubadlı və Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlər arasında keçirilən təlimlərdə iştirakçılara maliyyə savadlılığının əsasları, ailə büdcəsi, xərclərin təhlili, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma, sahibkarlıq haqqında əsas anlayışlar, biznes üçün lazım olan resurslar və risklər haqqında məlumatlar verilib.