Maarifləndirici posterlər Bakı, Sumqayıt və Gəncə şəhərlərinin monitorlarında nümayiş etdirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, bu istiqamətdə valideyn məsuliyyətinin, uşaqlara diqqətin gücləndirilməsi, eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması məqsədilə mütəmadi olaraq ictimai maarifləndirmə tədbirlərini həyata keçirir.
Bununla bağlı Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində Komitə tərəfindən 1-21 fevral tarixlərində “Erkən nikah valideyni cinayətkar edir!”, “Kiber zorakılığa son!”, “Narkotik - ölüm tələsidir! Narkomaniyaya yox deyək!”, “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” və “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111” mövzularında elektron posterlərdən ibarət hazırlanmış çarx Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində Agentliyə məxsus monitorlarda nümayiş etdirilib.