Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə mövzusunda təlim keçirilib

25 aprel 2024 10:17

Paylaş:

Dövlət Komitəsi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planın müvafiq bəndinə əsasən 25 aprel tarixində onlayn təlim keçirilib.

İşçilər arasında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə baş tutan təlimdə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak edib.

Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə mövzusunda keçirilən təlimdə korrupsiyanın növləri, mübarizə metodları və korrupsiyaya qarşı mübarizə üzrə mövcüd qanunvericilik ilə bağlı ətraflı məlumat verilib.