Könüllülər Şüvəlan UADM-ə səfər ediblər

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq könüllülərin fərdi inkişafının təmin edilməsi və biliklərinin artırılması, onların sosial dəstək sahəsində təcrübə əldə etməsi məqsədilə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə səfərlərini təşkil edir.
Növbəti səfər Şüvəlan UADM-ə olub. Səfərdə “Ailəm könüllüləri” ilə yanaşı Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların könüllüləri də iştirak ediblər.
Səfər zamanı könüllülər Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət istiqamətləri və vətəndaşlarla aparılan icma əsaslı sosial-psixoloji işlər haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda könüllülərlə özünü inkişaf, cəmiyyətə faydalı xidmət və maariflənmənin vacibliyi kimi məsələlər barədə söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.