Komitənin maarifləndirici materialları Azərbaycan Dəmir Yollarına və “Bakı Metropoliteni” QSC-yə məxsus monitorlarda nümayiş etdirilir
Paylaş:
Milli-mənəvi və ailə dəyərlərinin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir sıra maarifləndirici posterlər hazırlanıb. Posterlərdə ailə dəyərlərinin qorunması, gender bərabərliyinin təşviqi, məişət zorakılığı və insan alveri ilə mübarizə, uşaq hüquqlarının müdafiəsi, erkən evliliyin, narkomaniyanın və kiber zorakılığın qarşısının alınması mövzuları əhatə olunub.
Ümumilikdə 18 maarifləndirici material “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və “Bakı Metropoliteni” QSC-yə məxsus reklam lövhələri və monitorlarda mütəmadi olaraq nümayiş etdirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi