Komitə sədri Bahar Muradova "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim–mənim hüquqlarım” mövzusunda keçirilən konfrans çərçivəsində Komitə sədri Bahar Muradova media nümayəndələri üçün brifinq keçirib.
Brifinq zamanı jurnalistlərin uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qızların təhsilinə dəstək layihələri,“Roblox” platformasının Azərbaycandakı fəaliyyəti və uşaqların zərərli informasiyadan qorunması sahəsində həyata keçirilən tədbirlər, eləcə də ölkənin demoqrafik göstəriciləri ilə bağlı sualları cavablandırılıb.
Bahar Muradova bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və onların qanunvericiliklə qorunan hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. O vurğulayıb ki, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, onların hüquq və maraqlarının qorunması istiqamətində həm dövlət qurumları, həm də cəmiyyətin bütün üzvləri məsuliyyət daşıyırlar.
Komitə sədri media nümayəndələrini uşaqlarla bağlı mövzuları daim diqqətdə saxlamağa, onların işıqlandırılmasında həssas və məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi