Komitə əməkdaşları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar
Paylaş:
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar.
Səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və burada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müəssisə Ankarada yerləşən ən böyük baxım və reabilitasiya mərkəzlərindən biridir və uzun illərdir ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verir.
Mərkəz fiziki və əqli qüsurlu şəxslər üçün rahat yaşayış şəraiti, gündəlik qayğı, tibbi dəstək və reabilitasiya xidmətləri təşkil edilir. Hazırda mərkəzdə ümumilikdə 824 nəfər xüsusi qayğıya ehtiyacı olan vətəndaşın yaşayışı və müalicəsi təmin olunur.
Ziyarət zamanı nümayəndə heyəti mərkəzdə göstərilən xidmətlərin yüksək səviyyəsini və əlilliyi olan şəxslərin sosial rifahının təmin olunmasına yönəlmiş genişmiqyaslı işləri yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi