Komitə əməkdaşı Şərq Tərəfdaşlığının Gender Bərabərliyi üzrə İşçi Qrupunun onlayn iclasında iştirak edib

12 fevral 2026 17:28

Paylaş:

11 fevral 2026-cı il tarixində Şərq Tərəfdaşlığının Gender Bərabərliyi üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclası keçirilib.

İclasda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı, işçi qrupunun üzvü Sədaqət Rəhimova iştirak edib.

İclas texnologiya vasitəsilə həyata keçirilən gender əsaslı zorakılıq hallarının müzakirəsinə həsr olunub.

İclasda çıxış edən S.Rəhimova mövzu ilə bağlı ölkə üzrə mövcud müsbət məqamları iştirakçıların diqqətinə çatdırıb. Dövlət Komitəsi tərəfindən hazırlanmış “Gender Bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi və hədəfləri haqqında məlumat verib.