Kitabların sehrli dünyasına səyahətə çıxmağa hazırsınız?
Paylaş:
📢Əziz uşaqlar və valideynlər!
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, sizi IV Uşaq Kitab Festivalında iştirak etməyə dəvət edirik!
Festival Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, eləcə Express bankın sponsorluğu ilə baş tutacaq.
Bu festivalda sizi nələr gözləyir?
📖 Minlərlə uşaq kitabının endirimli satışı
🎭 Əyləncəli kukla tamaşaları
✍️ Sevimli yazıçılarla görüş və imza saatları
🤹🏻 Əyləncəli şou proqramlar
🪇 Mahnı və rəqs ifaları
🎨 Yaradıcılıq fəaliyyətləri
📅 Tarix: 10,11,12,13 aprel
⏰ 10:00-20:00
📍 Məkan: Bakı İdman Sarayı ( DənizMallın yanı)
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi