Jurnalistlər və sosial media blogerləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar

18 sentyabr 2024 10:25

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı İlə keçirilən təlim proqramı çərçivəsində İsmayıllı UADM-ə mediatur təşkil edilib.

İsmayıllı UADM-in fəaliyyət istiqamətləri və xidmətləri ilə tanış olmaq məqsədilə keçirilən mediaturda Mərkəzin direktoru Lətifə Əliyeva ümumilikdə yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından Mərkəzlərin uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, Dövlət Komitəsinin nəzdində 11 rayonda belə mərkəz var.

L.Əliyeva bildirib ki, Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, aktiv terapiya, inkişafetdirici məşğələlər, psixoloq otaqları fəaliyyət göstərir.

Sonra Mərkəzin fəaliyyətinə dair video-rolik nümayiş etdirilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb