İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub.
Tədbirdə Lətifə Əliyevanın zəngin həyat və fəaliyyət yoluna nəzər salınıb, peşəkar rəhbər kimi səmərəli fəaliyyəti vurğulanıb.
Qeyd edilib ki, on ildən artıq müddətdə Mərkəzə rəhbərlik edən L. Əliyeva ailə dəyərlərinin təbliği, qadın və uşaqların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.
Yekunda Mərkəzin direktoruna faydalı və uğurlu fəaliyyətinə görə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi