“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir

22 may 2026 16:48

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-22 may 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” mövzusunda interaktiv, maarifləndirici seminar, təlimlər keçirilib.

Tədbirlərdə Mərkəzlərin əməkdaşları tərəfindən uşaqlara “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”,ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları barədə ətraflı məlumat verilib.

Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və hüquq” adlı maarifləndirici vəsait əsasında uşaqların iştirakı ilə qrup işi, maraqlı oyunlar və müzakirələr təşkil edilib. Qrup işi zamanı uşaqlar müxtəlif situasiyalar üzrə uşaq hüquqları haqqında öz fikirlərini ifadə edib, biliklərini bölüşüblər. Yekunda uşaqların sualları cavablandırılıb.