İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri və şöbə müdirləri ilə görüşüb

30 mart 2024 10:46

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və aparatın şöbə müdirləri ilə görüşüblər.
Görüşdə televiziyalarda yayımlanan sosial proqramlarda uşaq və qadınların hüquqlarının qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.